BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərsu" ASC-nin dələduzluqda ittiham olunan sabiq əməkdaşı ilə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Elgün İmranlının barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, "Azərsu" ASC-nin sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Belə ki, o, zərərçəkmiş Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verib. Lakin sonradan E.İmranlı verdiyi vədə əməl etməyib.

 

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hazırlıq iclasında o, məhkəmə zalında həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 3 Noyabr 2022, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin