BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məhkəməyə külli miqdarda ziyan vuran şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində “əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Nurlan Qayıbovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, N.Qayıbov paytaxt ərzisində yerləşən rayon məhkəmələrinin birinin inzibati binasında əmlaka külli miqdarda ziyan vurub.

 

Daha sonra saxlanılan N.Qayıbovun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 3 Noyabr 2022, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin