BURADA REKLAMINIZ OLA
BİLƏR

Uçot dərəcəsi artdı: Manatı nə gözləyir?

“Azərbaycan manatı “kağız neftdir”, obrazlı desək, neftin kağız formasıdır. Nə qədər ki neft qiymətləri yüksəkdir, Azərbaycan manatı üçün hər hansı təhlükə yoxdur”.

 

Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 3,75 - 4%-dək artırması barədə danışarkən deyib.

Ekspert bildirib ki, manatın ucuzlaşması neftin qiymətindən asılıdır: “Manatın gələn il, yaxud iki il sonra ucuzlaşacağı zamanla yox, neftin qiyməti ilə ölçülməlidir. Nə vaxt ki neft qiymətləri yenidən ucuzlaşacaq, təqribən, 50 dollar civarında olacaq, o zaman Azərbaycan manatına da təsirləri artacaq. Məhz onda devalvasiya təsirlərini görə bilərik. İndi isə neftin qiyməti 95-100 dollar koridorunda dəyişir”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Noyabr 2022, 11:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin