BURADA REKLAMINIZ OLA
BİLƏR

Üzeyir Cəfərov: “Ermənilər basdırdıqları minaların altına başqa “surpriz” minalar da basdırıblar”

“Minalardan təmizlənmiş ərazidə yenidən mina aşkarlanmasının müxtəlif səbəbləri ola bilər. ANAMA təmizlədikdən sonra da bəzən həmin ərazidə yeni mina aşkarlanır, bu, hətta insanların müəyyən xəsarət alması, texnikanın zərər görməsi ilə də nəticələnir. Belə şeylər olur. Bu versiyanı da istisna etmək olmaz ki, minadan təmizlənmiş ərazilərə düşmən kəşfiyyatı, yaxud təxribat nəticəsində yeni minalar döşənir. Səbəblər çox ola bilər. İstənilən halda vətəndaşlarımız, şirkət nümayəndələri, əsgərlərimiz son dərəcə ehtiyatlı, diqqətli olmalıdırlar”.

 

Bu sözləri Pravda.az-a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Cəbrayılda “İmprotex Industries” şirkətinin sürücüsünün minaya düşməsi barədə danışarkən deyib.

 

O bildirib ki, ANAMA-nın təmizlədiyi sahədə yeni mina daha əvvəl də aşkarlanmışdı, çünki ermənilər basdırdıqları minların altına başqa “surpriz” minalar da basdırıblar: “Sonuncu hadisədə təmizlənmiş ərazidə tank əleyhinə mina aşkarlanmış, mütəxəssislərimiz tərəfindən zərərsizləşdirilmişdi. Elə minalar var ki, çox dərinə basdırılıb və onların təmizlənməsi avadanlıqlar vasitəsilə mümkün deyil, dərindədir, minaaxtaran aparat onu təyin edə bilmir. Üzərinə yalnız ağır “Kamaz”, ya “Ural” çıxanda belə minaların “dili açılır”. Hansı ərazilər vaxtilə düşmənin işğalında olub, erməni yaşayıb, o ərazilərdə son dərəcə ehtiyatlı olmalı, şirkətlər əməkdaşlarının həyatını mühafizə etməlidirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Noyabr 2022, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin