BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP məhkəməyə verildi

“Avtolizinq” MMC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı İnzibati Məhkəməsinə üz tutub.

 

Belə ki, “Avtolizinq” şirkəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.

 

İddia hakim Mehriban Qarayevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovur.

 

Kamal Məmmədov

Tarix: 3 Noyabr 2022, 12:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin