BURADA REKLAMINIZ OLA
BİLƏR

Qətl törətmiş şəxs 11 ildən sonra başqa bir cinayətə görə həbs edildi

Bakı Apellyasiya Məhkəməsində qanunsuz silah gəzdirmədə təqsirləndirilən Aslan Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, Aslan Hüseynov məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, qanunsuz odlu silahı və döyüş sursatlarını əldə etmiş, saxlamış və gəzdirib.

Belə ki, təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürəm) maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin 4 sentyabr 2013-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilərək ona təyin edilmiş 11 il azadlıqdan məhrum etmə cəzası 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilib. Aslan 23 aprel 2021-ci ildə cəzasının sonu ilə azadlığa çıxıb. Lakin məhkumluğu ödənilməyib.

 

İstintaq materiallarında qeyd edilib ki, o, “Naqan” markalı tapançanı üzərində saxlamaqla gəzdirib.

 

Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 aprel 2022-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Aslan Hüseynov saxlanılıb. Onun üzərindən 1 ədəd “Naqan” markalı tapança və 2 ədəd patron aşkar olunaraq götürülüb.

 

Kamal Məmmədov

Tarix: 4 Noyabr 2022, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin