BURADA REKLAMINIZ OLA
BİLƏR

Özünü DTX zabiti kimi təqdim edən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, 1996-cı il təvəllüdlü Fərid Əsədov 2022-ci ilin fevral ayında taksi xidməti sahəsində fəaliyyət göstərən Pərviz Quliyev (şərti) ilə görüşləri zamanı ona özbaşına özünü vəzifəli şəxs, yəni Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) baş leytenant rütbəli əməkdaşı kimi təqdim edib. O, özünün geniş əlaqələrə malik olduğunu, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində onu DTX-yə sürücü vəzifəsinə işə qəbul etdirəcəyini ona yalandan vəd verib. Fərid bu yolla ondan fevral-mart ayları ərzində 6 150 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, o, Pərviz Quliyevin qohumu Roman Həsənovu (şərti) da aldadıb.

 

Belə ki, Fərid ona özünü DTX-nin baş leytenant rütbəli əməkdaşı kimi təqdim edib. O, özünün geniş əlaqələrə malik olduğunu, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, müəyyən pul müqabilində onu DTX-yə mühafizəçi vəzifəsinə işə qəbul etdirəcəyini yalandan vəd verib. Təqsirləndirilən şəxs Romandan ümumilidə 3.030 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq edib.

 

Daha sonra Fərid Əsədov vədinə əməl etməyib. O, zərərçəkmişlərin şikayəti əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Qeyd: Fərid Əsədov daha əvvəl məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

Tarix: 4 Noyabr 2022, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin