BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdədə polislərin qəzaya düşdüyü qəza ilə bağlı xəbər var

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhəd Həziyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Natiq Əliyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası noyabrın 16-na təyin edilib.

 

Qeyd: Hadisə bu il iyulun 21-də Yevlax-Ağdam magistral avtomobil yolunun Bərdə rayon Şirvanlı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "Toyota", "Niva" və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

 

Həlak olan şəxs Bərdə rayon Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır.

 

Müxtəlif bədən xəsarətləri alan Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Cəlalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğlu Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

 

Avtomobillərdən birinin sürücüsü Əhəd Həziyevdir.

 

Xatrlatma: Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşlarıdır.

 

Kamal Məmmədov

Tarix: 4 Noyabr 2022, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin