BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Rzayev AYB-nin sədri vəzifəsindən istefa verməlidir

Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri vəzifəsindən istefa verməlidir.

 

Pravda.az-ın xəbərinə görə, bu açıqlama ilə AYB sədri vəzifəsinə keçmiş namizəd Emil Rasimoğlu çıxış edib.

Emil Rasimoğlu. Dənizlərdəki yanan kimsəsiz kibritlərə... (ŞEİR) » Yarpaq.az

“Anar Rzayevin mətbuata son müsahibələri və müsahibələr zamanı qurultay ətrafında açdığı müzakirələr bir məğlubiyyət etirafı, sanki düşdüyü durumdan mətləbə aidiyyatı olmayan fikirlərlə xilas olma cəhdidir. Diqqətimi çəkən məsələlərdən biri də Anar müəllimin bizi media vasitəsilə Yazıçılar Birliyinə, onunla görüşə dəvət etməsi və görüş zamanı təkliflərimizi dinləmək istəyidir. Anar Rzayevin sözünü mənə (bizə, sizə, hamıya!..) çatdıran mətbuat (çatdırmaq gücünü özündə tapa bilirsə!) bizdən də hörmətli Anar Rzayevə (eləcə də sizə, hamıya!) çatdırsın ki, bizim (şəxsən mənim!) bir təklifimiz var, o da istefa ərizəsini yazmaqdır. Yazırsa buyursun. Yoxsa ki, mən 35 ildən sonra yenidən sədrlik iddiasında olan, onun uğrunda (qayda-qanun tanımadan) mübarizə aparan bir şəxsə başqa nə təklif verə bilərəm ki...” – E.Rasimoğlu qeyd edib.

 

Kənan

Tarix: 4 Noyabr 2022, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin