BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: "Məscidə ibadət üçün gəlirlər, onların yanından qadın, ya kişinin üzgüçülük formasında keçməsi qəbuledilməzdir"

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə məscidlərdə üzgüçülük hovuzları, idman zalları, sauna, çayxana yaradılması ilə bağlı təkliflərə münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, bu təkliflə razılaşmır.

 

“Məscidi həmişə məscid kimi görmüşük, ibadət yeri bilmişik. İdman zalını, çayxananı da ayrı görmüşük. Bu fikri səsləndirənlər sivilizasiyanı, mədəniyyəti məsciddən başlamaq istəyirlərsə, əvvəl öz fikirlərində, düşüncələrində mədəniyyət yaratsınlar. Düşünsünlər ki, nəyi harada etmək olar. Yeməkxanaya insan yemək üçün gedir, orada fitnesə getmir ki. Fitnesin adı “yeməkxana” deyil ki, orada su içə bilərlər. Adət-ənənəmizdə həmişə məscidin minarəsindən azan səsi eşitmişik. Məscidə girib idmanla məşğul olmaq mənim ağlıma gəlməyən bir şeydir. Kim bunu təklif edirsə, çox ağıllıdırsa, dövlətin qarşısına qoysun, onu dəstəkləyən olarsa, etsinlər. Müəyyən yaşa gəlib çatmışam, dünyanı da müəyyən qədər görmüşəm. Belə bir iş yalnız yuxuda ola bilər. Dünyanın heç bir sivil ölkəsində bunu görməmişəm. Gələcəkdə belə bir şey olacağını düşünmürəm. Böyük bir orta məktəbdə bunu təşkil etmək olar, uşaqlar idmanla məşğul olmalıdırlar. Bu təcrübə tamam başqadır. Məscidə isə 70-80 yaşlı insanlar da əllərində təsbeh ibadət üçün gəlirlər. Onların yanından qadın, ya kişinin idman, üzgüçülük formasında keçməsi qəbuledilməzdir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 4 Noyabr 2022, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin