BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov: “Hansı partiyaları gizli dialoqun içində görürsünüz?”

“Naxçıvan muxtariyyatının ləğvi haqqında mediada söhbətlər fəallaşıb. Naxçıvan rəhbərliyi buna qarşı çıxsa, onun mövqeyini üstələmək üçün mərkəzi hakimiyyət orada yerli təşkilatı olan partiyalardan istifadə edə bilərmi? Söhbət ondan getmir ki, o partiyalar bu saat Naxçıvanda hakimiyyətə gətiriləcək. Sadəcə, mərkəzi hakimiyyət özünün başqa resursları ilə yanaşı Naxçıvan rəhbərliyini çəkindirmək üçün "hər ehtimala qarşı" bu partiyaları da daxil edən bir əməkdaşlıq qurmuş ola bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

“Bəlkə də artıq qurub, xəbərimiz yoxdur. Elədirsə, hansı partiyaları bu gizli dialoqun içində görürsünüz? Bəri başdan deyim ki, REAL-ın Naxçıvanda təşkilatı hələ yoxdur” – İ.Məmmədov qeyd edib.

 

Kənan

Tarix: 4 Noyabr 2022, 15:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin