BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdə sakini əvvəl həbsdə olduğu şəxsi telefonu qaytarmadığına görə bıçaqladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Fikrət Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 7 may 2022-ci il tarixdə saat 21:00 radələrində Bərdə şəhəri, İ.Qayıbov küçəsində yerləşən Cümə məscidinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, Bərdə sakini, 1996-cı il təvəllüdlü Fikrət Həsənov zərərçəkmiş Zamin Heydərova 5 may 2022-ci il tarixdə geri qaytarması şərti ilə müvəqqəti olaraq özünə məxsus “Redmi” markalı mobil telefonunu verib. Lakin Zamin onun telefonunu geri qaytarmayıb və buna görə də onların arasında mübahisə yaranıb.

 

Bu zaman o, zərərçəkmiş şəxsin çiyin nahiyəsinə bir dəfə bıçaqla qəsdən vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

İstintaq orqanı tərəfindən Fikrət Həsənov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

 

Məhkəmədə ifadə verən Fikrət özünü təqsirli bilərək deyib ki, xuliqanlıq və narkotik maddələrinə görə, məhkum olunub, hadisədən 3 ay əvvəl azadlığa çıxıb. O deyib ki, zərərçəkmiş şəxsi təxminən 4-5 il əvvəl Bərdə Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində inzibati qaydada həbsdə olan zaman tanıyıb.

 

Kamal Məmmədov

 

Tarix: 5 Noyabr 2022, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin