BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “Müsavata birləşə bilərlər, amma Müsavat heç bir partiyaya birləşə bilməz”

“Müsavat Partiyası heç bir partiyaya birləşə bilməz. Lakin Müsavata hansısa partiyalar birləşə bilərlər. Müsavat böyük partiyadır, kim istəyirsə, gəlsin, Müsavata birləşsin, olsunlar daha böyük bir partiya, mübarizəni bir yerdə aparsınlar. Mən demirəm, kiçik partiyalar olmasın. Onlar da olsunlar, amma hakimiyyətə gəlmək istəyən partiyaların gücləri varsa, birləşsinlər, hakimiyyətə samballı gəlsinlər. ABŞ-dakı kimi – demokratlar və respublikaçılar. Bu məsələlər, doğrudan da, aktualdır. Yalnız bir yerdə olmaqla, gücünü birləşdirməklə həm çoxluqla parlamentə düşə bilərsən, həm də hakimiyyət strukturlarında yer ala bilərsən”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

O, İsa Qəmbər başqanlığa qayıdarsa, Azərbaycanda fəaliyyət göstərən 59 siyasi partiyanın əksəriyyətinin Müsavat Partiyasına birləşə biləcəyi barədə fikirlərə də münasibət bildirib: “Müsavat indi də güclüdür. İsa Qəmbər mənim çox sevdiyim insandır. Adamın Allahı var, Arif bəy də güclü siyasətçidir, onun da ətrafında çox adam var. Amma İsa Qəmbər gəlsə, çox adam qayıda bilər. Bu fikirlərlə razıyam”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Noyabr 2022, 13:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin