BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobil və mağazaları qarət edən şəxsin cəzası ağırlaşdırıldı

Bakı Apellyasiya Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Sabir Mayılovun (şərti) barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin olunub. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmü ilə təqsirləndirilən şəxsə qəti olaraq təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrume tmə cəza ilə (az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə) əhatə edilməklə üzərində qəti olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

Hökm apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

 

İttihama görə, 2002-ci il təvəllüdlü Sabir Mayılov Binəqədi rayonu, Sulutəpə qəsəbəsində mağazadan 245 manatlıq, digər mağazadan isə 1500 manatlıq oğurluq edib.

 

Bundan başqa, o, paytaxt ərazisində “Chevrolet” markalı avtomobildən ümumilikdə 1562 manat məbləğində oğurluq edib.

 

Daha sonra Sabir Mayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. ş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan dövlət ittihamşısı apllyasiya protesti verib.

 

Kamal Məmmədov

Tarix: 5 Noyabr 2022, 15:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin