BURADA REKLAMINIZ OLA
BİLƏR

Mələkxanım Əyyubova həyat yoldaşı ilə görüntüləndi - VİDEO

Xalq artisti Mələkxanım Əyyubova həyat yoldaşı Xosrov Nəcəfovla birgə kameralara tuş gəlib.

 

Pravda.az xəbər verir ki, həyat yoldaşı sənətkarı "Zaurla Günaydın" səhər şousuna avtomobil ilə gətirərkən həmin anlar efirdə nümayiş olunub.

 

X.Nəcəfov M.Əyyubova ilə bağlı suallara belə cavab verib:

 

"Onun ifa etdiyi bütün mahnılar mənim üçün xoşdur. Söz verdi ki, sənətin zirvəsini fəth edəcəyəm. Bunu da sübut etdi. Ona dəstəyimi əsirgəmədim. İlk əvvəl razı deyildim. Sonradan gördüm əzab çəkir, sənət sevgisindən irəli gəlirdi. O əziyyət çəkirdi, mən ondan çox əziyyət çəkirdim. Gördüm oxumalıdır, səhnədə olmalıdır. Nə qədər həyatdayam onun xidmətində olacağam".

 

Qeyd edək ki, polis polkovniki Xosrov Nəcəfov ötən il vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

 

Bizim.media

 


 

Tarix: 5 Noyabr 2022, 15:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin