BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yolda elektrik lampası tərs montaj edildi, işıqlar yerə deyil, yuxarı hissəyə saçır - FOTO

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi elektrik lampasını tərs montaj edib.

 

Pravda.az xəbər verir ki, bununla bağlı tanınmış vəkil Aqil Layic sosial şəbəkədə foto paylaşıb.

 

Hadisə metronun "İnşaatçılar” stansiyasının yaxınlığında qeydə alınıb.

 

Fotodan da göründüyü kimi, lampaların işıqları yerə deyil, yuxarı hissəyə saçır.

 

Lampanın tərs montaj edilməsi sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunub.

 

Kamal Məmmədov

Fotoları təqdim edirik
Tarix: 5 Noyabr 2022, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin