BURADA REKLAMINIZ OLA
BİLƏR

Stoltenberq Ukraynada nüvə silahından istifadə ehtimalından danışdı

Noyabrın 5-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə riski minimala bərabərdir.

 

Pravda.az bu barədə TASS-a istinadən xəbər verir.

 

"Rusiyanın Ukraynada nüvə silahından istifadə riskləri minimaldır, lakin bu baş verərsə, nəticələri ağır olacaq, ona görə də biz bu məsələyə ciddi yanaşırıq”, - Stoltenberq əlavə edib.

 

Qeyd: Türkiyəyə üç günlük səfəri çərçivəsində Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarla danışıqlar aparıb. Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracını nəzərdə tutan “taxıl sazişi”nin yenilənməsi məsələləri müzakirə edilib.

 

Kənan

Tarix: 5 Noyabr 2022, 17:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin