BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məhkəmə müğənni ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində bəstəkar-müğənni Cabbar Musayevin həmkarı Dəniz Əsədova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Qeyd: C.Musayev D.Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.

 

Məhkəmədə isə məlum olub ki, D.Əsədova C.Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində C.Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib

 

Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, D.Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.

 

Xatırlatma: D.Əsədova eyni ittihamla C.Musayevi məhkəməyə verib. Binəqədi Rayon Məhkəmə müraciət edən qadın müğənni həmkarının cəzalandırılmasını istəyir. Məhkəmənin hazırlıq iclası oktyabrın 18-də təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 6 Noyabr 2022, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin