BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkətin yarım milyon manatını mənimsəyən qadın yenidən məhkəmə qarşısında

Bakı Apellyasiya Məhkəməsində “RİCH S.A" MMC-nin yarım milyon manatdan çox pulunu mənimsəmədə təqsirləndirilən Tamilla Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti prosesi noyabrın 21-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Tamilla Əliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Tamilla Əliyeva paytaxtda fəaliyyət göstərən “RİCH S.A" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) işçisi olub.

 

Tamilla Əliyeva şirkətin yarım milyon manatını mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Tarix: 6 Noyabr 2022, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin