BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda kiosku işlədən şəxs niyə qətlə yetirilib? - 18 il 6 ay CƏZA

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sənan Hacının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci il oktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, “Azpetrol” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz yerləşən kioskun qarşısında qeydə alınıb.

 

Belə ki, 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı kiosku işlədən Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

 

Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürəm) və 221.3-cü (xuliqanlıq) maddələri ittiham irəli sürülüb.

 

İttihama görə, hadisə söyüş üstündə baş verib. Belə ki, Turalın avtomobilində olan qadın əli ilə işarə edərək qışqırıb. Sənan da avtomobili saxladıb. Mübahisə də bunun üstündə qeydə alınıb. O, qadının etdiyi hərəkəti nalayiq ifadə kimi qəbul edib. Daha sonra Sənan cibindən bıçağı çıxardaraq Turalı vurub.

 

Kamal Məmmədov

Tarix: 6 Noyabr 2022, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin