BURADA REKLAMINIZ OLA
BİLƏR

Tahir Kərimlinin rəhbərlik etdiyi partiya xalqı və Prezidenti təbrik etdi

Deputat Tahir Kərimlinin sədri olduğu Vəhdət Partiyası Zəfər Gününün 2 illiyi münasibətilə Azərbaycan xalqını və onun Prezidentini təbrik edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə partiya bəyanat yayıb.

 

Bəyanatda deyilir:

 

“Zəfər Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan ordusunun və xalqının möhətəşəm qələbəsidir.

 

Türkiyə, Pakistan və digər dövlətlərlə dostluq, qardaşlıq əlaqələrimiz bu qələbədə mühüm rol oynadı. Xüsusi ilə, burada Türkiyənin Azərbaycana siyasi dəstəyini qeyd etmək lazımdır.

 

Təsadüfi deyil ki, bu şanlı zəfərdən sonra iki qardaş dövlət arasında Şuşa Bəyamnaməsi imzalandı. Bu Bəyamnamədə Türkiyəyə olan hücum Azərbaycana, Azərbaycana olan hücum isə Türkiyəyə olan hücum hesab olunur. Təəssüf ki, Vətən müharibəsi zamanı bir sıra qonşu dövlətlər bizim yox düşmənin yanında oldu.  Azərbaycan Respublikası təkcə Ermənistan üzərində deyil, eləcə də, dünya erməniliyi üzərində də parlaq qələbə qazandı. Bu qələbə eyni zamanda onların havadarlarını da olduqca məyus elədi. Haqq, ədalət bizim tərəfimizdə olduğu üçün qələbə də bizim tərəfimizdə oldu. İnanırıq ki, zaman keçdikcə  3000-ə yaxın şəhid verməklə əzm, qanla qazanılan bu qələbə unudulan deyil.  Azərbaycan ordusunun peşəkarlığı, döyüşçülərimizin vətənpərvərliyi göz qabağında oldu. Ermənistan tərəfindən 10 minə yaxın fərari olduğu halda Azərbaycan ordusunun içərisində 1 nəfər də olsun fərari olmadı. Müharibə müddətində Cənab Prezident onlarla xarici KİV-lərə geniş müsahibələr verdi. Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Bu zəfərdən sonra Türkiyə Cümhuriyyətinin prezidenti R.T.Ərdoğanın iştirakı ilə möhtəşəm Zəfər paradı keçirildi. Dəniz kənarı Milli Parkda bu qələbəni əks etdirən muzey yaradıldı. Tükiyə-Azərbaycan qardaşlığı bir daha sınaqdan keçdi.

 

Azərbaycan xalqı da öz prezidentinin arxasında durdu, dəstəyini verdi. Siyasi Partiyalar birləşərək bir neçə dəfə Azərbaycan dövlətini və Prezidentini müdafiə edən birgə bəyanatlar imzalayaraq, dünyanın 4 tərəfinə müxtəlif dillərdə göndərdilər.

 

Vəhdət Partiyası bir daha bəyan edir ki, daim Azərbaycan dövlətinin və onun Prezidentinin yanında duracaqdır. Bir daha bu böyük Bayram münasibətilə Azərbaycan xalqını təbrik edirik!”

Tarix: 6 Noyabr 2022, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin