BURADA REKLAMINIZ OLA
BİLƏR

Güləşçini öldürənə hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Nəzərlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Bu il fevralın 3-ü saat 22 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Məhkəmə istintaqı zamanı ifadə vermiş Ramin Nəzərli ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilib.

 

O söyləyib ki, zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamış və yaşca ondan böyük olub.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, Sədiyar Novruzovu 50 manat borc pula görə öldürüb.

 

Məhkəmədə şahid qismində dindirilən zərərçəkmişin qardaşı deyib ki, Sədiyar Novruzov güləş idman növü ilə məşğul olub.

Tarix: 6 Noyabr 2022, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin