BURADA REKLAMINIZ OLA
BİLƏR

İran vətəndaşına qarşı 81 min manatlıq dələduzluq edən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində vərəndaşına qarşı dələduzluq etməkdə təqsirləndirilən Rəşad Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttiham aktına əsasən, R.Məmmədov özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq edib.

 

Belə ki, o, tanışı, İran vətəndaşı Eynullahi Pərviz Möhübəli və qeyrisi ilə birlikdə İran vətəndaşı Xarəzmi Əlirza Qurbanın bacısı oğlu Arzumanzadə Qulamrza Məhəmməd Əlinin barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə veriləcək cəzanı yüngülləşdirməyə kömək edəcəyi vədini verib.

 

R.Məmmədov həmin işə görə onlardan 81 min manat pul alıb. Daha sonra verdiyi vədə əməl etməyib.

 

Kamal Məmmədov

Tarix: 6 Noyabr 2022, 14:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin