BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərilir”

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 gün davam etmiş Zəfər yürüşümüz, sonda tarixi torpaqlarımızın düşmən işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa, suverenliyimizin bərqərar edilməsi ilə nəticələndi. Qəhrəmanlarımızın döyüş meydanında göstərdiyi şücaət hesabına 30 ilə yaxın işğal altında qalmış əzəli və əbədi torpaqlarımız bu gün azaddır, üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

 

A.Əliyev qeyd edib ki, Azərbaycan xalqı qazanılmış möhtəşəm Qələbə ilə qürur duymaqla tarixi Zəfəri bəxş etmiş qəhrəmanların əziz xatirəsini qəlblərində yaşadırlar: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərilir, onların sosial - məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində bütün imkanlar səfərbər edilir. Eləcə də, igidlərimizin Vətən müharibəsində keçdikləri döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar gələcək nəsillər üçün örnəkdir, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə uyğun şəkildə yetişməsində mühüm rol oynayacaq. Şəhidlərimizə bir daha Allahdan rəhmət diləyir, əziz xatirələrini yüksək hörmət və ehtiramla anırıq”.

 

Kənan

Tarix: 6 Noyabr 2022, 19:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin