BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi

Xəzər universitetinin 6 tələbəsi zəhərlənib.

 

Səhiyyə Nazirliyindən Pravda.az-a verilən məlumata görə hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə КТМ-in Toksikologiya şöbəsinə gətiriblər.

 

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

 

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47 də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

 

Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

Tarix: 26 Noyabr 2019, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin