BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda koronavirusa görə məhkumlar təcili evlərinə buraxılırlar

Azərbaycanın bir sıra penitensiar müəssisələrində məhkumların koronavirusun qarşısının alınması məqsədilə vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsinin icrası üçün genişmiqyaslı işlərə başlanılıb.

 

Pravda.az-ın, xəbərinə görə, bu barədə İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun nümayəndəsi, İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun rəhbəri Səid Qocamanlı məlumat verib.

 

Onun dediyinə görə, mart ayının ortalarında monitorinq qrupu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edərək, məhkumların koronavirusa yoluxmadan qorunması üçün bir sıra tədbirlərin görülməsinin məqsədəuyğunluğunu qeyd ediblər.Oxu.az

Tarix: 26 Mart 2020, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin