BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı ətrafı ərazilər niyə normal işıqlandırılmır?

Bakının mərkəzi küçələri istisna olmaqla, şəhərətrafı ərazilərdəki küçələrin işıqlandırılması bərbad vəziyyətdir. Küçələrin qaranlıq olması isə yol qəzaları ilə nəticələnir. Sürücülər konkret olaraq hansı quruma üz tutacaqlarını bilmirlər. Kimisi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsini, kimisi yerli icra hakimiyyətini günahlandırır.

 

Ekspert Eldəniz Cəfərov isə Pravda.az-a açıqlamasında deyib ki, məsələnin məsuliyyəti sözügedən qurumların üzərinə düşmür.

““Avtomobil yolları haqqında” qanunun 34-cü maddəsində avtomobil yollarının istifadəçilərinin hüquqları təsbit olunur. Qanunda bildirilir ki, dövlət avtomobil yollarının istifadəçilərinin hüquqlarının müdafiəsini təmin edir. Bu, o deməkdir ki, yol təsərrüfatı orqanlarının və onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri, yaxud məsuliyyətsizliyi nəticəsində əmlakına və sağlamlığına zərər dəymiş vətəndaş bunun ödənilməsini tələb etmək, müvafiq məhkəmədə iddia qaldırmaq hüququ var. Yollarda hər hansı çuxur varsa, yollar qaranlıqdırsa, nişanlanmayıbsa, yaxud nişanlar pozulubsa, yararsız vəziyyətə düşübsə, burada hansısa işıq idarəsinin məsuliyyət daşıdığını deyə bilmərik. Bu məsələdə yolu istismara verən, təmirini həyata keçirən agentliklər məsuliyyət daşıyır. Belə halda, vətəndaş qapı-qapı düşüb, bir neçə orqanı məhkəməyə vermək, iddia qaldırmaq məcburiyyətində deyil. Vətəndaşın borcu deyil ki, qurumların hamısını məhkəməyə versin, lakin yol təmirini həyata keçirən qurumu məhkəməyə verə bilər”, - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 8 Noyabr 2022, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin