BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sürüşmə baş verən ərazidə yolu çəkən idarənin rəisinin övladlarının bahalı avtomobil kolleksiyası – SİYAHI

“Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olan ərazidə yol tikinti və bərkitmə işlərini “Azəryolservis” ASC-nin 71 saylı Yol İstismarı İdarəsi həyata keçirib. O vaxt iş icraçısı tikintini standartlara uyğun apardığına görə Xaqani Kazımovun qəzəbinə tuş gəlibSöhbətin şahidlərinin sözlərinə görə, Kazımov gənc iş icraçısına deyib ki, bəs gələn il barmaq sovuracağıq? Yəni keyfiyyətsiz təmir edin ki, hər il “təmir” adıyla pullar silinsin”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə iqtisadçı Qadir İbrahimli məlumat verib.

 

Q.İbrahimli qeyd edib ki, bu cinayət əməlidir və Xəqani Kazımov cinayət məsuliyyətinə cəlb olunmalıdır.

 

Qeyd edək ki, mətbuatda Xəqani Kazımovun rəhbərlik etdiyi idarənin apardığı yol tikinti işlərinin keyfiyyətsiz olması barədə zaman-zaman yazılıb. Həmin yazılarda X. Kazımovun övladlarının dəyəri yüz min dollarlarla ölçülən bahalı avtomobil kolleksiyasına sahib olduğu da iddia olunub.

 

Xatırladaq ki, Bibiheybət məscidindən şəhər istiqamətində olan yolda təmir-bərpa işləri cari ilin mart ayında bitib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu barədə yaydığı məlumatda deyilirdi: “İşlər çərçivəsində sözügedən hissədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız qrunt 2-3 metr dərinlikdə qazılaraq çıxarılıb, 11 min kub/m həcmdə yararlı karxana materialı ilə əks dolğu işləri görülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca tikinti norma və standartlarına uyğun olaraq lazımi qarışıqlardan istifadə olunmaqla 36 sm hündürlükdə və 4500 kv/m sahədə alt və üst lay olmaqla yeni yol əsası salınıb. Torpaq işləri bitəndən sonra 8500 kv/m əraziyə 3 laydan ibarət iri və xırda dənəli yeni asfalt-beton örtüyü döşənib”.

 

AFN xatırladır ki, Xəqani Kazımovun oğlu Vüsal Kazımov bir müddət əvvəl medianın gündəminə gəlmişdi. Mediada onun dəbdəbəli həyat tərzi və bahalı maşın kolleksiyası barədə məlumatlar yayılmışdı. Bundan sonra Vüsal Kazımov prokurorluq orqanlarından qovulub. Lakin Vüsal Kazımovun harınlığından hiddətlənən baş prokuror Zakir Qaralov Vüsal Kazımovu işdən qovmaqla kifayətlənməyib. O, Vüsal Kazımova görə prokurorluq orqanlarındakı iki səlahiyyətli şəxsdən tabeliklərində olan əməkdaşların xidməti və əmək intzamına ciddi nəzarətin təmin olunmasını tələb edib. Zakir Qaralovun müvafiq əmrində deyilir:

 

“1.Bakı şəhər Səbail rayon prokurorluğunun sınaq müddətilə müstəntiq vəzifəsinə təyin edilmiş Kazımov Vüsal Xəqani oğlu əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilsin.

 

2.Səbail rayon prokuroru vəzifəsini icra edən Natiq Əsədov və Bakı şəhər prokuroru Əziz Seyidovdan tabeçilikdə olan əməkdaşların xidməti və əmək intizamına ciddi nəzarətin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tələb olunsun”.

 

V.Kazımovun prokurorluq orqanlarından qovulmasına səbəb olan bahalı avtomobil kolleksiyasının fotolarını təqdim edirik:

Fotoları təqdim edirik
Tarix: 26 Noyabr 2019, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin