BURADA REKLAMINIZ OLA
BİLƏR

Mopedin sürücüsünün ölümünə səbəb olan şəxsə cəza verildi

Abşeron Rayon Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Nurlan Alməmmədlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Nurlan Alməmmədli barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.

 

İttihama görə, hadisə 25 aprel 2022-ci ildə saat 16:30 radələrində Bakı-QubaDağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü Nurlan Alməmmədlinin idarə etdiyi “Chevrolet Cruze” minik markalı, 50-EX908 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən zərərçəkmiş Vaqif Xəlilovun idarə etdiyi mopedlə toqquşub. Nəticədə Vaqif Xəlilov ölüb.

 

Nurlan Alməmmədlinin barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 11 Noyabr 2022, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin