BURADA REKLAMINIZ OLA
BİLƏR

İran Azərbaycana qarşı mübarizədə bir ölkəni qazandısa, beş ölkəni düşmən olaraq siyahısına yazdı - RƏY

“Cənab Prezidentin İlham Əliyevin Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin ana dilində təhsil alma imkanından məhrum olması məsələsini gündəmə gətirməsi bilavasitə İranın addımlarına cavabdan başqa ölkəmizin bu sahədə müəyyən etdiyi bundan sonrakı konsepsiyanın ilkin elementləridir. Bu günə qədər Azərbaycan müəyyən məsələlərdə İranın durumunu, həssaslığı nəzərə alıb. Bir şərtlə ki, İran Azərbaycanın daxili ərazi vahidinə qarşı iddia irəli sürməsin, düşmənləri ilə eyni cərgədə dayanmasın. Bunlar nəticə vermədi, İran və onun maraqları, Azərbaycanın düşmənləri ilə qol-boyun olması ifşa edildi. Artıq dövlət rəhbəri tərəfindən bilavasitə Azərbaycan dili, Azərbaycan xalqı məsələsi ilə bağlı mesaj çatdırıldı. İran buna layiqdir”.

 

Bu sözləri Pravda.az-a Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Prezident İlham Əliyevin Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışını şərh edərkən deyib.

Ə.Əlibəyli bildirib ki, bu, ölkə rəhbərliyi tərəfindən ortaya qoyulan siyasi baxışların da ümumi məcmusu oldu: “Ən vacib məqam – Prezident bunu harda dedi, hansı tribunadan səsləndirdi? Dünya azərbaycanlıları məsələsi artıq bundan sonra Azərbaycan məsələsi deyil. İran Azərbaycana qarşı mübarizədə bir ölkəni - Ermənistanı qazandısa, beş ölkəni düşmən olaraq öz siyahısına yazdı. Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, bir az sonra, yəqin ki, siyahıda Türkmənistanı da görəcəyik. Bax, budur İranın biabırçılığı! İranın yürütdüyü siyasət budur. Cənab Prezident tərəfindən Azərbaycan məsələsinin ümumtürk kontekstində qoyulması möhtəşəm yanaşma oldu. Düşünürəm, artıq beyin mərkəzlərimizin, cənub üzrə onların azadlıq arzularına dəstək üçün yetişməli olan fikirlərin, idealoji baxışların zamanıdır. Bu məsələlərin vahid idealoji və təşkilati strukturlaşmasının vaxtıdır. Biz artıq bunu görəcəyik”.

 

Aytəkin Qardaşova

Tarix: 11 Noyabr 2022, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin