BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus təhlükəsi 2 ay davam edərsə... - SENSASİON PROQNOZ

Çin – Virus fəlakəti Çindən başladığı üçün əvvəl bu ölkə haqqında yazmağı qərar verdim. Rəsmi xəbərlərə görə Çində virusla bağlı vəziyyət düzəlir, amma Çinin rəsmi rəqəmləri həmişə şübhə doğurur, amma əsas məsələ bu deyil. Yeri gəlmişkən, beynəlxalq mediada çıxan xəbərlərə görə Çində yanvardan ayının əvvəlindən bu günə 14 mln. mobil telefon abunəçisi şəbəkədən itib, azalıb – bu birbaşa nəsə deməsə də, düşünməyə dəyər. Rəsmi statistikaya əsasən Çində yanvar-fevralın aylarınada sənaye istehsalı 13%, pərakəndə ticarət 21%, investisyalar 24,5% azalıb – bir daha, bu rəsmi məlumatlardır.

Əgər hətta Çində vəziyyətin düzəldiyini nəzərə alsaq belə dünyanın 2-ci böyük iqtisadiyyatı olan ölkənin bu şokdan çıxması, relsə düşməsi mümkün deyil. Səbəbi həm daxilidir, həm də xarici: 1) Daxili səbəblər odur ki, ölkədaxili gediş-gəliş xelyi məhdudlaşıb, insanlar səyahət etmir. Xaricə səfərlər də dayanıb, turizm şirkətlərinin çoxu artıq özünü bankrot elan edib. Çinin daxili turizminin illik dövriyyəsi 100 mlrd. dollardan çoxdur, xaricdə ilə çinlilər hər il 180 mlrd. dollar pul xərcləyirdilər. Bundan başqa Çinin son illər böyüməsində ən böyük dəstək daxili istehlakdan gəlirdi – orta sinfin sayı 400 mln. nəfəri keçmişdi, indi isə vətəndaşların davranış qaydaları dəyişib, hamı ciddi qənaət rejiminə keçib. Çinin illik böyüməsində daxili istehlakın payı ixracatının payına çatmışdı, 2) Xarici səbəblər də izah olunandır: Çinin xarici ticarəti 2 trilyol 49 mlrd. dollar olub ki, bunun da yarısından bir az çoxu (yəqribən, 1,1 trilyon dollar) ABŞ və Avropanın payına düşür. İxracatın strukturunda qeyri-ərzaq malları 85% paya malikdir. İxracatda ilk yeri 26%-lə eloktrotexnika, detallar, avadanlıqlar tutur, ixracatda pal-paltar, parça 143 mlrd. dollar təşkil edir. İndi ABŞ və Avropa durma nöqtəsinə gəlib, Hindistan da dünəndən karantinə keçdi (yeri gəlmişkən Çin Hindistana ildə 84 mlrd. ixracat edir) – deməli Çinin qeyri-ərzaq mallarına təlabat sıfıra yaxındır.

Yəni, bu gün, tutalım, Çin qaydaya düşdü, dünyada katantin rejimi olduqca istehsal etdiyi malları kimə satacaq?! Deməli Çinin dünyadan kənar ayağa qalxması, iqtisadiyyatını düzəltməsi mümkün deyil. Bu il Çin iqtisadiyyatı 9%-ə yaxın darala bilər – bu isə milyonllarla yoxsullar ordusu deməkdir.

ABŞ – Bu ölkə haqqında ilk yazıda yazmışam, FED və Federal hökumət birlikdə 6 trilyon təşviq paketi açıqladılar, pulu vertolyotla göydən biznesin, vətəndaşların üzərinə tökürlər, amma bu yetərli deyil. İlk yazıda qeyd etdiyim kimi, bu maliyyə böhranı deyil, real sektorun böhranıdır – cəmi 2 saat əvvəl açıqlanan rəsmi işsizlik rəqəmləri də bunu təsdiq etdi, ABŞ-da işsizlik bir həftədə görünməmiş rekord həddə artdı. Tramp vəziyyəti sözlü müdaxilələrlə düzəltməyə çalışır, amma bu yetərli deyil – biznes önünü görmür deyə heç nəyə inanmır, qulağını təşviq proqramlarına qapadıb, ancaq gözü ilə gördüyünə inanıb-davranır. Reallıq isə belədir ki, ABŞ iqtisadiyyatı tək İSTEHLAKA dayanıb (əslində artıq dünyanın çox yerində belədir), istehlak toplumu ABŞ-ı irəli aparan əsas qüvvə idi. İndi istehlak sürətlə düşür, xidmət sektoru durub, qeyri-ərzaq istehsalı durma nöqtəsinə gəlib. Əgər viris daha 2 ay aktual olsa bu il ABŞ iqtisadiyyatı azı 3% daralacaq – bu da işsizlik və kasıblıq deməkdir. Deməli Trampın qalıb gəlmək şansı da sıfırlanacaq, bu gün Tramp həm də ona görə iqtisadiyyatı nə çəkib virusu boş şey sayır. Tramp üçün əsas məsələ payızdakı seçkidir, bu gedişlə o seçkilərdə çox böyük məğlubiyyətə uğrayacaq, “su qiymətindən də” ucuz olan benzin qiymətləri də onu xilas edə bilməyəcək. Bir daha - əgər virus təhlükəsi bundan sonra azı 2 ay qalsa məhz bu ssenari olacaq.

Avropa – Qoca Qitənin dərdi lap böyükdür, həm virus daha sürətlə yayılır, həm ölkələr qapalıdır, həm də hökumətlər həmişə birgə qərar almalıdırlar, kollektiv kimlik var deyə qərarlar daha gec alınır və daha effektsiz olur. Zatən Avropada ciddi iqtisadi sorunlar var idi – İtaliyanın borcu ÜDM-dən artıq idi, İspaniyada da eyni vəziyyətdir, bir tək Almaniya o boyda qitəni çiyninə alıb aparırdı. Amma Almaniyanın da gücü məhduddur – nə qədər ki, karantin rejimi qalacaq, nə qədər ki, insanlar bayıra çıxmayacaq Avropa iqtisadiyyatı daralma rekordları qıracaq. Avropa istehsalı ikinci plana atıb əsas xidmət iqtisadiyyatına keçmişdi, indi bunun fəsadlarını yaşayır. Turizm sahəsi düzəlməsə Avropa da düzəlməyəcək, amma turizmin düzəlməsi virus tamam bitəndən sonra da hələ 6 ay çəkəcək. Çünki azı 6 ay insanlar səfərlə bağlı psixoloji qorxu keçirəcəklər. Bu gün Avropada demokratiya və kollektiv ağıl, kollektiv idarəetmə də təhlükə altındadır – bu heç də virusdan az təhlükə deyil. Bu haqda daha ətraflı növbəti bölümlərdə yazacam.

Natiq Cəfərli

İqtisadçı

Tarix: 27 Mart 2020, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin