BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfirliklər və diplomatik nümayəndəliklərə ciddi tapşırıq

Xarici İşlər Nazirliyi bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib ki, bir-bir hamı ilə danışsın.

 

Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, vətəndaşlar köməklik etmək istəyirlərsə, imkan daxilində öz evlərində qalsınlar.

 

"Misal üçün, Türkiyədə və ya Ukraynada. Çünki onlar virus daşıyıcısı ola bilərlər. Ona görə də imkan daxilində bir-bir danışırıq ki, qoy olduqları yerdə qalsınlar. Çünki Azərbaycana gəlib karantində qalacaqlar. Ondan yaxşısı elə öz yaşadıqları yerlərdə qalsınlar", - deyə E.Məmmədyarov vurğulayıb.APA

Tarix: 27 Mart 2020, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin