BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda son sutkada 52 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 52 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.

 

İndiyədək ölkədə ümumilikdə 823 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 525 nəfər müalicə olunaraq sağalıb, hazırda 199 aktiv xəstə var. Bu günə qədər 9 961 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 745, bu günə qədər isə ümumilikdə 7 343 007 test icra olunub.

Tarix: 12 Noyabr 2022, 18:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin