BURADA REKLAMINIZ OLA
BİLƏR

"Neftçi" fanatları Rəşad Dağlıya belə dəstək verdi - FOTO

Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Qəbələ" matçının gedişində maraqlı an yaşanıb.

 

"Ağ-qaralar"ın hesabda 2:0 öndə olması "Forza Neftçi"nin üzvlərinin əhvalını yüksəldib.

 

Pravda.az sportinfo.az-a istinadən xəbər verir ki, onlar "Neftçi" ilə yanaşı noyabrın 9-da qonşusunu qətlə yetirən tanınmış meyxanaçı Rəşad Dağlıya dəstək vermək qərarına gəlib.

 

Oyunun 82-ci dəqiqəsində "forzalılar" "bariqa, mal satanlar, getsin öz evinə satsın, atası da kulvatdasın, anası da kulvatdasın" şüarını səsləndirib.

 

Rəşad Dağlının qətli törətməsinə məclislərin birində dediyi bu sözlərin səbəb olduğu deyilir.

Fotoları təqdim edirik
Tarix: 12 Noyabr 2022, 22:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin