BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədrindən sərt açıqlama: “Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməli, səfir qovulmalıdır”

“Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi bədnam qətnamə diplomatik münasibətlərə ziddir. Bu, bizi hiddətləndirib, dözülməz haldır, xəyanətdir. Avropanın qışda Azərbaycana yalvararaq qaz memorandumunun imzalanmasını nəzərə alsaq, görərik ki, Fransanın bu addımı münasibətlərə kölgə salır”.

 

Bunu Pravda.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

Partiya sədri qeyd edib ki, Azərbaycan Fransa ilə diplomati əlaqələri kəsməlidir: “Bu yaramaz, siyasi əxlaqa zidd sənədə qarşılıq verilməlidir. Fransanın dövlət rəsmiləri “persona non grata” elan edilməlidir. Bədnam qətnamə ilə bağlı rəhbərlik etdiyim partiyanın İdarə Heyətinin növbədənkənar toplantısı çağrılıb. Sabah keçiriləcək toplantıda Fransanın Bakıdakı səfirliyinin binasının qarşısında etiraz aksiyalarının keçirilməsi müzakirə ediləcək. İqtidara səslənirəm, Fransanın Azərbaycandakı səfiri ölkədən qovulmalıdır. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmayan dövlətin Bakıda diplomatik korpusu və nümayəndəsi olmamalıdır. Qətnaməyə sərt reaksiya verilməlidir. Azərbaycanla düşmən olan hər bir dövlət bilməlidir ki, müxalifət milli maraqlar məsələsində iqtidarın yanındadır”.

 

Aytəkin Qardaşova

Tarix: 15 Noyabr 2022, 22:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin