BURADA REKLAMINIZ OLA
BİLƏR

“Senatın qətnaməsindəki bəndlər Makron və Fransa hökuməti səviyyəsində əsas götürülməyəcək”

“Fransa sonuna qədər getməyi bacaran ölkə deyil. Ehtimal ki, Makron və Fransa hökumət səviyyəsində sonda senatın qətnaməsindəki bu bəndlər əsas götürülməyəcək. Onlar bununla, sadəcə, həm daxili publikada reytinq qazanmaq, həm də Azərbaycana qarşı təsir mexanizmi kimi bir qətnaməni arxivlərində saxlamaq istəyəcəklər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.

 

E.Əmirov qeyd edib ki, Azərbaycanın Fransaya qarşı ciddi mövqe ortaya qoyması mütləqdir: “İlk növbədə  düşünürəm ki, birmənalı olaraq Fransa vasitəçiliyindən imtina etmək və  Fransadakı səfirimizi bir müddətlik geri çağırmaq lazımdır. Daha sonra isə  iqtisadi əlaqələr formatına da əl gəzdirilməlidir. Azərbaycanda olan Fransa şirkətləri tərəfimizdən ciddi təsir hiss etməli, eyni zamanda Fransa məhsullarına məhdudiyyətlər nəzərdən keçirilməlidir. Bunun Azərbaycanda ciddi mənfi təsiri olmayacaq. 35,6 milyard dollarlıq ticari dövriyyəmizin cəmi 245 milyon dolları Fransa ilə həyata keçirilir ki, ümumi dövriyyənin 0,6%-i deməkdir. Göründüyü kimi böyük çəkisi yoxdur. Amma Azərbaycanın bu addımı ilə Fransa hökümətinə bura ilə bağlı olan Fransa şirkətlərinin və bura mal ixracatçılarının mənfi "feedback"i yönəldəcək. Şəxsimizə gəlincə isə, bir mənalı olaraq Fransa senatının qətnaməsini pisləyir və onu qərəzli kağız parçası hesab edirik”.

 

Kənan

Tarix: 16 Noyabr 2022, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin