BURADA REKLAMINIZ OLA
BİLƏR

Ələsgər Məmmədli: “Qətnamə Fransanın özünü erməni cəbhəsinin arxasındakı çirkli səngərə atdığının sübutudur”

“Gündəmin əsas mövzusu Fransa Senatının qərəzli, heç bir əsası olmayan Azərbaycan əleyhinə qərarıdır. Bu qərar Fransanın əslində çox marginal davrandığını, özünü erməni cəbhəsinin arxasındakı çirkli səngərə atdığının sübutudur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ələsgər Məmmədli bildirib.

 

Ə.Məmmədli qeyd edib ki, Azərbaycan xarici siyasətində bundan sonra Fransanın istədiyi və haqq etdiyi yerə uyğun misilləmə aparılmalıdır: “Bu günədək Fransa ilə aparılan siyasətin də iflası göz qabağındadır. Bir şeyi dərk etmək zəruridir. Ağzınızla quş tutsanız yenə Fransa gerçəkləri yox, erməni yalanlarını görəcək, boşuna zaman itirməyə dəyməz”.

Tarix: 16 Noyabr 2022, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin