BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərnişinin ölümünə səbəb olan sürücü məhkəmə qarşısında

Şamaxı rayonunda sərnişinin ölümünə səbəb olmaqda təqsirləndirilən Nazim Nəbiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

 

Pravda.az-ın etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Hadisə bu il avqustun 14-ü saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Acidərə kəndi ərazisindən keçən 108-ci kilometrində qeydə alınıb.

 

Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyev Nazim Murquz oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasiətsi aşıb. Nəticədə avtomobildə olan sərnişin paytaxt sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rauf Ramiz oğlu hadisə yerində ölüb. Digər sərnişinlər, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Abdullayeva Pərvanə İsgəndər qızı və 1973-cü il təvəllüdlü Yusifova Könül Abasqulu qızı bədən xəsarətləri alıblar.

 

Daha sonra Nazim Nəbiyev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

 

Xatırlatma: Nazim Nəbiyev Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşudur.

 

Kamal Məmmədov

Tarix: 16 Noyabr 2022, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin