BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda polis idarəsində cibində narkotik aşkarlanan şəxsə bəraət verildi

Bakı Apellyasiya Məhkəməsində qanunsuz narkotik maddə saxlamaqda təqsirləndirilən Ələsgər Cəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mizəli Abbasovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməyib və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün ona bəraət verilib. Ələsgər Cəlilov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilib.

 

İttihama görə, Ələsgər Cəlilov 28 yanvar 2021-ci il tarixdə, saat 20:15 radələrində Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Daha sonra o, İdarənin inzibati binasına gətirilib. Orada Ələsgəri üzərinə axtarış keçirilib. Onun dəri gödəkçənin sağ yan cibindən 106,745 qram kustar üsulla hazırlanmış narkotik vasitə aşkar edilərək götürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ələsgər Cəlilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən məhkum narazı qalıb və apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

Tarix: 16 Noyabr 2022, 13:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin