BURADA REKLAMINIZ OLA
BİLƏR

“Görəsən o nəhənglikdə “Microsoft”un Azərbaycana münasibəti nə üçün belə olub?”

"Adı açıqlanmayan mənbə "Microsoft"un Azərbaycan ofisinin bağlanmadığını bildirib. Əlbəttə, ofisin qapıları açıqdır. VÖEN bağlanana qədər güman ki, bu formada davam edəcək. "Microsoft Azerbaijan"da Baş meneceri də daxil olmaqla hamı bir anda işdən çıxarılıb. Telefon zənglərinə cavab vermək üçün, şirkətin ləğvi ilə bağlı inzibati və dəftərxana işlərini aparmaq üçün bir xanımı işdə  saxlayıblar. Hansı ki, onun da “Microsoft”a dəxli yoxdur. Nümayəndəliyin ölkə üzrə bütün əməliyyatları dayandırılıb. Yəni, əvvəlki formada ölkədaxili fəaliyyət yoxdur, Azərbaycanla əlaqəli işlər kənar ofislərdən idarə olunacaq. Xarici şirkətlərin, nümayəndəliklərin bağlanması adətən bu formada həyata keçirilir”.

 

Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

O.Gündüz qeyd edib ki, rəsmi açıqlama olmasa da, şirkətə istinad olunmaqla bu prosesi, yəni bir nəfər işdə saxlanılmaqla, ofisin hər gün açılıb-bağlanmasını "ofis bağlanmır" adlandırıb, ehtiyac olarsa açıqlama olacağını bildiriblər: “Şirkətdə adam qalmadığından belə bir açıqlamanı da güman ki, “Microsoft”un ya Gürcüstan, yaxud da İrlandiya ofisi verər. Sadəcə, biabırçılıqdır. Xatırlayıram ki, “Microsoft”un  bu formada ofisi Türkmənistanda da olub. Hər səhər bir xanım gəlib ofisi açıb-bağlayırmış. Hesabatlarda deyilirdi ki, Microsoftun Türkmənistanda da ofisi var. Bilmirəm "ofis bağlanmayıb" deyənlər bununla hökuməti aldadırlar, baş verənləri ört-basdır edirlər, yoxsa sakitcə çəkilmək istəyirlər. Baş verənlərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin cavabı da çox "innovativ" olub. Açıqlayıblar ki, özləri bilərlər. Görəsən o nəhənglikdə “Microsoft”un Azərbaycana münasibəti nə üçün belə olub? Hələlik ən vacib olan bu sualın cavabı yoxdur. Normalda “Microsoft”un Azərbaycan ofisinin bir gündə işdən azad olunan 10 əməkdaşı , ən azı ofisin sabiq rəhbəri baş verənlərlə bağlı cəmiyyətə bir açıqlama verə bilərdi. Təəssüf ki, belə bir addım müşahidə etmədik. Maraqlıdır ki, hansısa bir beynəlxalq tədbirdə Prezident İlham Əliyev əvvəllər tez-tez görüşdüyü Microsoft rəhbərləri ilə rastlaşarsa, vəziyyət necə olacaq?”

 

Kənan

Tarix: 16 Noyabr 2022, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin