Son günlər sosial şəbəkələrdə şəhid övladının etdiyi şikayət müzakirələrə səbəb olub.
Belə ki, dərsə 10 dəqiqə gecikdiyi üçün qayıb yazılmasına etiraz edən BDU-nun tələbəsi, bunun özünə və ailəsinə qarşı hörmətsizlik olduğunu iddia edib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı şəhid övladlarının üzərində ikiqat məsuliyyətin olduğunu bildirib:
“Mən heç təsəvvürümə belə gətirə bilmirəm ki, Azərbaycanın hansısa bölgəsində şəhidə, şəhidin ailə üzvlərinə hansısa formada hörmətsizlik etsinlər. Hansısa şəhid ailəsinə hörmətsizliyin edilməsi qəbulolunmazdır, dözülməzdir. O ki, qaldı onların övladlarının təhsilinə, hesab edirəm ki, necə ki, şəhidlər başımızın tacıdır, xalqımızın milli sərvətidir, eləcə də onların övladlarına qarşı bu qayğı olacaq. Düşünürəm ki, şəhid övladları da valideynlərinin hörmətini davam etdirməlidirlər. Onların övladlarının üzərində ikiqat məsuliyyət var: birincisi, vətəndaş olaraq layiqli vətəndaş olmalıdırlar, ikincisi onlar bilməlidir ki, ataları Azərbaycan tarixinin qızıl səhifələrindədir. Ona görə onlar hər zaman əməlləri ilə ilə atalarının adına layiq olmalıdırlar. Mən heç təsəvvürümə gətirə bilmirəm ki, hansısa şəhid övladı zəif oxusun, intizamsız olsun. Onlar təhsildə də, çalışdığı müəssisələrdə də nümunəvi olmalıdırlar”.
Millət vəkilinin sözlərinə görə, təhsildə hər bir tələbə bərabərhüquqludur:
“Təsəvvür edə bilmirəm ki, hansısa şəhid övladı atasının ruhuna sayğısızlıq etsin. Hansısa tələbə 5-10 dəqiqə dərsə gecikibsə və müəllim də ona qayıb yazıbsa, bu o demək deyil ki, müəllim şəhidə qarşı hörmətsizlik edib. Təhsil elə bir şeydir ki, orada heç kəsə güzəşt edilməməlidir. Fərqi yoxdur, şəhid uşağıdır, yaxud adi bir vətəndaşın övladı. Hamı təhsil qarşısında bərabərhüquqlu olmalıdır. Hər kəs təhsili yüksək səviyyədə mənimsəməyə çalışmalıdır. Bu şəhid ailəsinin övladıdır, necə gəldi oxusun, ona qiymət yazaq fikri doğru deyil, məncə, heç şəhid övladı da buna razı olmaz. Əksinə, onlar cəmiyyətimizin ən öndə gedən vətəndaşı olmalıdırlar. Çünki şəhidlərimiz hər zaman bizim başımızın tacı olacaq.
Dövlət tərəfindən də şəhid övladlarına hər cür imkan verilir, bildiyiniz kimi, onlar təhsil haqqı ödəmir, onlara hər cür güzəşt aid edilir, istər səhiyyə, istər təhsildə, istərsə də digər sahələrdə onlara güzəştlər olunur. Dövlətimizin gücü, imkanı artdıqca şəhid ailələrinə daha çox imtiyazlar da veriləcək.
Şəhid övladlarının bilikləri ən yüksək səviyyədə olmalıdır.
Mən düşünürəm ki, heç bir şəhid övladı razı olmaz ki, dərslərə, imtahana hazır olmasın, amma müəllim ona yüksək qiymət yazsın. Çünki şəhid övladının atası ən ağır döyüşlərdən, sınaqlardan çıxmış insanlardır. Onların övladları da hər zaman düşünməlidirlər ki, ataları hansı qəhrəmanlığı göstərib və onlar atalarının ruhuna layiq olmalıdırlar”.
24 Oktyabr 12:29
24 Oktyabr 12:15
24 Oktyabr 12:11
24 Oktyabr 12:02
24 Oktyabr 11:41
24 Oktyabr 11:30
24 Oktyabr 11:14
24 Oktyabr 11:07
24 Oktyabr 10:49
24 Oktyabr 10:38
24 Oktyabr 10:33
24 Oktyabr 10:29
24 Oktyabr 10:25
24 Oktyabr 10:21
24 Oktyabr 10:15
24 Oktyabr 10:10
24 Oktyabr 10:04
24 Oktyabr 09:48
24 Oktyabr 09:39
24 Oktyabr 09:37
24 Oktyabr 09:33
24 Oktyabr 09:27
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
Ən son xəbərləri səhifəmizdən də izləyin