BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisdə Fransa ilə bağlı etiraz bəyanatının qəbulu zamanı deputatlardan biri bitərəf qalıb?

Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edilib.

 

Pravda.az-ın xəbərinə görə, bəyanatın lehinə 95 nəfər səs verib, 1 nəfər bitərəf qalıb.

 

Deputatlardan birinin səsvermə zamanı bitərəf qalması müzakirələrə səbəb olub. Bildirilir ki, həmin millət vəkili mövqeyinə aydınlıq gətirməlidir.

 

Əldə etdiyimiz məlumatda həmin deputatın adı açıqlanmasa da, qeyd olunub ki, bir nəfərin bitərəf qalmasının texniki yanlışlıq səbəbindən baş verdiyi ehtimal edilir. Vurğulanıb ki, deputatlar yekdilliklə bəyanatın lehinə səs veriblər, iclas zamanı da Fransa sərt tənqid edilib, bu məsələdə fikir ayrılığı olmayıb.

 

Kənan

Tarix: 16 Noyabr 2022, 18:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin