BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçı: “Sürətlə “Noldu Paşinyan” mahnısı səviyyəsində ədəbiyyat və kino nümunələri yaranmaqdadır”

“İndi sürətlə “Noldu Paşinyan” mahnısı səviyyəsində ədəbiyyat və kino nümunələri yaranmaqdadır. Ən dəhşətlisi, bunu edən peşəkarlardır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış yazıçı Şərif Ağayar bildirib.

 

“Müharibə sənətə də belə vurur zərbəsini. İşbazların, dələduzların, hər şeyə yem kimi baxan kərgədanların əli ilə. Bu amansız konyunkturadan qorunmaq üçün çox yox, beş-altı vicdanlı insana ciddi ehtiyac var. Bir də təbii, gənclərə... Yaxşı gənclərə... Çanta daşımağı özünə sığışdırmayan gənclərə... Azad gənclərə... Sənətin əlahiddəliyini dərk etmiş gənclərə...”, - yazıçı qeyd edib.

 

Kənan

Tarix: 17 Noyabr 2022, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin