BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılı: “Belə cəhdlərin qarşısına “heç kimdən qorxmuruq, heç kəs bizi durdura bilməz” ritorikası ilə deyil, xüsusi hazırlamış layihələrlə çıxmaq olar”

“Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamənin hüquqi əsası yoxdur. Tövsiyə xarakteri daşıyır. Amma bu qətnamə Azərbaycan və region üçün təsirsiz ötüşəcək bir sənəd, bəzilərinin iddia etdiyi kimi kağız parçası deyil. Fransa senatının qətnaməsi Azərbaycan-Ermənistan münaqişəsinin aradan qaldırılmasına yox, daha da kəskinləşməsinə yol açır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

A.Hacılı qeyd edib ki, bu, Rusiyaya həm Azərbaycanın Qarabağ bölgəsində, həm də Ermənistanda öz hərbi qüvvələrini daha uzun müddət saxlamaq üçün əlavə arqument verir: “Fransanın Qarabağ nizamlanması prosesində vasitəçilik missiyasının legitimliyini heçə endirir. Nəticə çıxarılacaq başqa məqamlar da var. Bu qətnamənin yekdilliklə (yalnız 1 senator əleyhinə səs verib) qəbul edilməsi göstərir ki, azı Avropanın ən təsirli ölkələrindən birində ictimai rəy tam olaraq Azərbaycanın əleyhinədir. Qarabağ problemi mahiyyətcə Krım, Donbass, Tsxinvali, Dnestryanı problemi ilə eyni olsa da, Azərbaycan diplomatiyası, diaspora qurumları bu həqiqəti beynəlxalq ictimai rəyə çatdırmağa nail olmayıb. Qarşı tərəfin bu sahədə manipulyasiyasının qarşısı alınmayıb. Fransa Senatının qəbul etdiyi sənəd, ümumiyyətlə bu ölkənin Qarabağ nizamlanması prosesində tutduğu mövqe anti-azərbaycançı qüvvələrin siyasi platformasına çevrilə bilər. Belə cəhdlərin qarşısına “biz heç kimdən qorxmuruq, heç kəs bizi durdura bilməz” ritorikası ilə deyil, xüsusi hazırlamış layihələrlə, peşəkar siyasətlə çıxmaq olar. Əslində həlli çətin olan bir məsələ də deyil. Ciddi avantajlarımız var. Tarixi ədalət, beynəlxalq hüquq və gerçək durum bizim tərəfimizdədir. Yetər ki, bir az vətən sevgisi, bir az peşəkarlıq, bir az da işə məsuliyyətli yanaşma ola...”

 

Kənan

Tarix: 17 Noyabr 2022, 08:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin