BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdan Çexiyaya ayaqqabıda narkotik göndərmək istəyənlərlə bağlı qərar çıxıldı

Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham olunan Gürcüstan vətəndaşları - 1974-cü il təvəllüdlü Rasim Mehtiyev və 1979-cu il təvəllüdlü Aynur Əhmədovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

 

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aynurə Əhmədova 8 il və Rasim Mehtiyev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 

İttihama görə, Əhmədova Aybəniz Əhməd qızı adından 1 ədəd eynək və 2 ədəd ayaqqabı kimi bəyan edilərək “Azerexpresspost” poçt daşımaları şirkəti vasitəsi ilə Azərbaycandan Çexiyaya göndərilən poçt bağlaması Heydər Əliyev Beynəlxalq Hava limanın şübhəli əşya kimi saxlanılıb.

 

Gömrük nəzarətindən keçirilərkən rentgen aparatında 2 cüt ayaqqabının hər birinin daban hissəsindəki boşluqda ümumilikdə 91 qram heroin aşkar edilib.

 

Aparılan istintaqla Əhmədova Aybəniz Əhməd qızı adından göndərilən narkotik vasitənin sonuncu tərəfindən deyil, onun adından Aynurə Əhmədova tərəfindən göndərildiyi müəyyən edilib.

 

Rasim Mehtiyev və Aynur Əhmədovanın foto və videoları hava limanında müəyyən edilib və saxlanılıblar.

 

Kamal Məmmədov

Tarix: 17 Noyabr 2022, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin