BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmyerlisini qətlə yetirən şəxsə CƏZA VERİLDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən təqsirləndirilən Habil Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə bu ilin aprelində Samux rayonun İstixana qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1973-cü il təvəllüdlü H.Qasımov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1983-cü il təvəllüdlü Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qətlə yetirib.

 

H.Qasımova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Daha sonra H.Qasımov saxlanılıb.

Tarix: 17 Noyabr 2022, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin