BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın etdilər

Bakıda özlərini poçt işçiləri kimi təqdim edən şəxslər evə basqın edib.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80 000 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

 

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix: 23 Noyabr 2022, 12:41   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin