BURADA REKLAMINIZ OLA
BİLƏR

Dustaqlarla bağlı yayılan xəbərlərə RƏSMİ CAVAB

Penitensiar Xidmət penitensiar müəssisələrdə yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Pravda.az-ın xəbərinə görə, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bunlar tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk”.

Qeyd edək ki, sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbərlər yayılıb.APA

Tarix: 28 Mart 2020, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin