BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər TV-nin efirində dava - VİDEO

Xəzər TV-də yayımlanan “Bir gün sizdə, bir gün bizdə” verilişində daha bir qalmaqal yaşanıb.

 

OLAY yazır ki, aktrisa Fidan Axundovanın aparıcılıq etdiyi proqramda hadisə Nicatla Aygün adlı iki iştirakçı arasında baş verib.

 

Belə ki, Aygün ev sahibi olan Nicatdan onun boşqabını dəyişdirməsini istəyib. Nicat isə qarşılığında öz boşqabını onun qarşısına qoyub.

 

Aygün ondan yeni qab gətirməsini tələb etdikdə isə Nicat cavabında əlavə qab gətirməyəcəyini bildirib. Buna etiraz olaraq Aygün yeməklərin dadına baxmaqdan imtina edib. Əsəbiləşən Nicat “Dur, çıx mənim evimdən” deyərək onu qovub.

 

Narazı halda evi tərk edən Aygün daha sonra çəkiliş heyəti tərəfindən geri qaytarılıb.

Tarix: 23 Noyabr 2022, 22:18   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin