BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamran Əliyev işgəncə iddiaları barədə danışdı

Baş prokuror Kamran Əliyev saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddialara münasibət bildirib.

 

Baş prokuror Elmi Məsləhət Şurasının iclasında bildirib ki, işgəncə faktları ilə bağlı əsasən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir.

 

"Adətən narkotik işlərində saxlanılan şəxslər saxlanıldığı və istintaq dövründə işgəncələr aldığı ilə bağlı ifadələr verir. Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq niyyəti ilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır", - Baş prokuror qeyd edib.

Tarix: 24 Noyabr 2022, 17:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin